Zavod 200 işçini namaz qıldığı üçün işdən çıxartdı

Amerikanın Colorado şəhərində ət və ət məhsulları istehsalı zavodunda çalışan 200-ə yaxın müsəlman işçi namaz qıldıqları üçün işdən çıxardılıb. 
Maide.az xəbər verir ki, dekabr ayının əvvəllərində Colorado şəhərində yerləşən “Cargill Meat Solutions” ət məhsulları istehsal edən zavod müəslmanlara iş yerində namaz qılmağı qadağan etdi. Bundan sonra müsəlman işçilər aksiya keçirərək zavod rəhbərliyinin bu qərarına etiraz etdilər. 
Ötən həftə zavod rəhbərliyi yenidən 11 nəfərin namaz qıldığını görüb qəzəblənərək 190 müsəlman işçinin işdən çıxma əmrini imzalayaraq onlara verib. İşdən çıxarılanların əksəriyyəti Somaliya əsilli müsəlmanlardır. 
Zavod rəhbərliyi iddia edir ki, guya həmin şəxslər namaz qılması zavodun istehsal prosesini ləngidir. 
AMerika –İslam Əlaqələndirici Şurası məsələnin həlli üçün zavod rəhbərliyi ilə danışıqlara başlayıb. Şura çalışır ki, işdən çıxarılan şəxslər yenidən öz işlərinin başına qayıtsın. /
 

Google+ WhatsApp ok.ru