Zaxarovadan Qərbə inanılmaz ittiham: Bu işdə əli var!

Zaxarovadan Qərbə inanılmaz ittiham: Bu işdə əli var!

Qərb partnyorları Kerç boğazında Ukraynanın fəaliyyəti ilə bağlı məlumatlı idilər.
 
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O hətta bildirib ki, Qərbin özünün də bu olayda iştirakı ola bilər.
 
“Bütün bunlar təsadüfi xarakter daşımır”, - deyə Zaxarova bildirib.
 
Qeyd edək ki, Rusiya 25 noyabrda Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq 24 əsirlə birgə Kerç limanına aparılıb.
 
Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb. Ukrayna insidentlə bağlı 10 vilayətdə bir ay müddətində hərbi rejim elan edib.
 

Google+ WhatsApp ok.ru