Özbəkistanda bir qrup Quran müəlliməsi saxlanılıb

Özbəkistanın paytaxtı Daşkənddə Quran müəlliməsi olan bir qrup xanım, qızlara Quran dərsləri öyrətdiklərinə görə saxlanılıblar.
 
 Maide.az-ın “İQNA” ya istinadən verdiyi xəbərə görə, evlərində qızlara Quran dərsi tədris edən qadınların hansı rəsmi ittihamla həbs olunması barədə rəsmi açıqlama verilməyib.
Özbəkistanın dövlət televiziyası yayılmladığı xəbərlərdə elan edib ki, bu xanımlar evlərində qızlara dini radikalizimi və ifratçılığı tədris edirlərmiş və buna görə də həbs olunublar.
Məlumata görə bu qadınlardan biri "hizbut-təhrir"in üzvlərindən birinin xanımıdır.
 
Məlumat üçün bildirək ki, Özbəkistanda İslam dini əleyhinə kampaniya hələ 2012-ci ildən geniş vüsət almağa başlayıb. Belə ki, hökumət 2012-ci ildən etibarən islami geyimlərin satışını qadağan edib və bu işlə məğul olanlar barədə xüsusi cəza növü nəzərdə tutub. /
 

 

Google+ WhatsApp ok.ru