Özbəkistanda prezident seçkiləri keçiriləcək

Martın 29-da Özbəkistanda prezident seçkiləri keçiriləcək
Maide.az xəbər verir ki,Özbəkistanın prezident seçkilərində Liberal Demokrat Partiyasından hazırkı prezident İslam Kərimov, Demokrat Xalq Partiyasından Hatımcan Ketmanov, Demokrat Partiyasından Əkməl Səidov və Ədalət Partiyasından Nəriman Ömərov  rəqabət aparacaq.
Məlumata əsasən, Özbəkistanda keçiriləcək növbəti prezident seçkilərində səs vermək hüququna malik olanların sayı 19 milyon nəfərdir.
Özbəkistan Mərkəzi Seçki Komisiyasının sədri Mirza Ulığ bəy Abdüssalamov bundan öncə bildirmib ki, seçkiləri xarici ölkələr və 3 beynəlxalq təşkilat, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı, İslami Əməkdaşlıq Təşkilatı və Beynəlxalq Seçki Qurumları Təşkilatından 300 nəfər müşahidə edəcək.
Həmçinin Koreya, Çin, Amerika, Avropa Birliyinin səfirləri də sabahkı seçkini monitorinq edəcək. Özbəkistanın prezident seçkilərini 430 jurnalist işıqlandıracaq./
 

Google+ WhatsApp ok.ru