Özbəkistanda sürüşmə baş verib, ölənlər var

Dünən saat 14.00 radələrində Özbəkistanın Namangan vilayətində sürüşmə baş verib.
 
Trend-in Özbəkistan Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alanlar var.
 
Hadisə nəticəsində А-373 М-39 magistral yolunda iki maşın sürüşmə kütləsinin altında qalıblar. Xəsarət alanlara lazımi tibbi yardım göstərilir.
 
Hadisə yerində müvafiq qurumlar torpaq sürüşməsinin nəticələrinin aradan qaldırılması üzrə işləyirlər.

Google+ WhatsApp ok.ru