Özbəkistanda `Allah` sözünə qadağa qoyuldu

Özbəkistanda `Allah` sözünə qadağa qoyuldu

Özbəkistanda "Allah" sözünə senzura qoyulub. Televiziya aparıcılarının açıqlamalarına görə, "Allah" kəlməsinin efirdə səsləndirilməsinə görə cəza tətbiq olunacaq.

FaktXəbər-in məlumatına görə, Özbəkistanlı ağırlıq qaldıran Ruslan Nürəddinovun Rio Olimpiadısının qalibi olandan sonra "Allaha şükür olsun" sözləri canlı efirdən kəsilib.
 
 
 
2005 - 2013-ci illərdə bu ölkənin "Özbəkistan" telekanalında çalışmış, hazırda isə Qərb ölkələrinin birində yaşıyan jurnalist Narzulla Axunjanov deyir ki, "Allah" ifadəsinin efirə buraxılmaması yeni qadağa deyil.
 
"Bir dəfə radio efirində  "Allahın mərhəməti ilə" cümləsinin istifadəsinə görə yayıma məsul şəxsi cəzalandırdılar. Ona töhmət verildi və növbəti dəfə bu "səhvin" təkrərlanacağı halda əmək müqaviləsinin pozulacağı ilə hədələdilər. Yadımdar ki, jurnalist rəhbərliyin bu qadağasına etiraz edərək bildirmişdir ki, özbəklərin 90 faizi bu ifadəni gündəlik həyatında işlədir. Lakin məsul şəxslər tapşırığın yuxardan gəldiyini bildirərək, onu yerinə yetirməyə məcbur olduqlarını bildirdilər" 
 
Jurnalist  qadağanın 2005-ci ildən tətbiq olunduğunu vurğulayıb. /

Google+ WhatsApp ok.ru