Özbək qapıçıdan möhtəşəm qol - VİDEO 24 Sentyabr 2016 01:00 İdman Yeniyetmələrin Asiya futbol çempionatında Koreya Xalq Demokratik Respublikası komandası ilə Özbəkistan futbolçularının yarışında maraqlı hadisə qeydə alınıb. Verilən xəbərə görə Özbəkistan komandasının qapıçısı Yasurbəy Umrzakovun öz qapısından birbaşa vurduğu top rəqib qapısından keçib. Matçın 49-cu dəqiqəsində bu top zərbəsilə hesab açılıb. Yarışda yekun hesab özbək yeniyetmələrinin xeyrinə 3:1 olub. Beləliklə, onlar Asiya çempionatının dörddə bir finalına vəsiqə qazanıblar. Qarşıda İraq komandası ilə yarış gözlənilir. (salamnews) / Teqlər : #Özbək qapıçıdan möhtəşəm qol VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tanınmış futbolçu İslamı öyrənməyə qərar verdi, futboldan uzaqlaşdı Türkiyə Super Liqasında mövsümün ilk derbisi keçiriləcək