Özbəkistanda prezident seçkiləri baş tutmuş sayılır

Özbəkistanda prezident seçkiləri baş tutmuş sayılır

Özbəkistanda prezident seçkilərində saat 11:00-dək seçicilərin 33,73 faizi səs verib.
 
Trend-in MSK-nın elektron monitorinqinə istinadən verdiyi məlumata görə, Özbəkistanın qanunvericiliyinə əsasən, əgər seçicilərin 33 faizdən çoxu iştirak edibsə, seçkilər baş tutmuş sayılır.
 
Saat 06:00-da öz işinə başlayan seçki məntəqələri 20:00-da bağlanacaq.
 
Səsvermə prosesi davam edir.
 

 

Google+ WhatsApp ok.ru