Özbəkistan prezidentinin adı açıqlanacaq

Özbəkistan prezidentinin adı açıqlanacaq

Bu gün - dekabrın 5-də Özbəkistanda prezident seçkisinin nəticələri elan olunacaq.
 
Seçkilər dekabrın 4-də keçirilib. Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, seçicilərin 87.83%-i səsvermədə iştirak edib.
 
Özbəkistana uzun illərdir liderlik edən prezident Islam Karimov bu ilin sentyabrında vəfat edib. Səsverməyə qədər onun vəzifəsini ölkənin baş naziri Shavkat Mirziyaev yerinə yetirirdi. Seçkidən sonra elə onun prezident elan ediləcəyi gözlənir.
 
59 yaşlı S.Mirziyaev 2003-cü ildən baş nazirdir. I.Karimov-un ölümündən cəmi 6 gün sonra onun səlahiyyətlərini öz üzərinə götürüb. Halbuki Özbəkistan konstitusiyasına görə, belə hallarda prezidentin vəzifəsini parlamentin yuxarı palatasının sədri icra etməlidir.
 
İlkin nəticələr bu gün, günortadan sonra açıqlanacaq.
 
Özbəkistanda Sovet dönəmindən sonra 6 dəfə səsvermə olub, beynəlxalq müşahidəçilər heç bir seçkinin azad və ədalətli keçdiyini söyləməyiblər. (azadliq.org) /

Google+ WhatsApp ok.ru