Özbəkistanda ilk islami online radio fəaliyyətə başlayıb

Özbəkistanda ilk islami online radio fəaliyyətə başlayıb

-- Radioya dinləyicilərin şəri suallarının cavablandırmaq üçün ölkənin tanınmış ruhaniləri dəvət ediləcək

Özbəkistanda ilk dəfə olaraq online rejimdə  islami radio açılıb. 
 
Maide.Az  “islam-today” saytına istinadən xəbər verir ki, radionun efirində  Quranın düzgün oxunuşu,  hədislər və ayələrin təfsiri  barədə dinləyicilərə məlumat veriləcək. Eyni zamanda  aparıcılar radioya dinləyicilərinin şəri suallarını  cavablandırmaq üçün ölkənin  tanınmış ruhanilərini  dəvət edəcəklər.
 
Radionun təsisçisi olan  AzonFM  gələcəkdə  online-televiziyanın da  yaradılmasını planlaşdırır.  
 

Google+ WhatsApp ok.ru