Özbəkistanda keçmiş daxili işlər naziri saxlanıb

Özbəkistanda keçmiş daxili işlər naziri saxlanıb

-- O DİN-in təcridxanasında saxlanır

Özbəkistanın  keçmiş daxili işlər naziri həbs olunub.
 
Maide.Az "Centralasian.org " saytına istinadən xəbər verir ki, 2017-ci ilin yanvarında prezident Şavkat Mirziyoyev tərəfindən vəzifəsindən azad olunanadək üç il daxili işlər naziri işləmiş Adham Ahmadboyev yanvarın 26-da təhlükəsizlik xidmətləri tərəfindən saxlanıb.
 
 52 yaşlı Ahmadboyev daxili işlər nazirinin və baş prokurorun göstərişi ilə DİN-in təcridxanasında saxlanır.
 
Dekabrın 22-də parlament qarşısında etdiyi çıxışda Mirziyoyev Ahmadboyevi “xəyanətkar” adlandırmışdı.
 
Dekabrın sonlarında medianın verdiyi xəbərlərə görə Ahmadboyev pensiyaya çıxmışdı. Lakin onun yaxınları AzadlıqRadiosuna demişdilər ki, keçmiş nazir bütün rütbələrindən məhrum edilib və ev məhbusudur.
 
Ahmadboyev daxili işlər naziri vəzifəsinə İslam Karimov tərəfindən 2013-cü ilin dekabrında təyin edilmiş və bir il sonra ona general-leytenant rütbəsi verilmişdi.
 

Google+ WhatsApp ok.ru