Özbəkistanda nikah və boşanma prosedurları sərtləşdirilir

Özbəkistanda nikah və boşanma prosedurları sərtləşdirilir

-- evlənmək istəyən şəxslər ailə həyatının mahiyyəti haqqında məcburi təhsilə cəlb ediləcək

Özbəkistanda "Qadınları Dəstəkləmə və Ailə İnstitunu Gücləndirmə" proqramı çərçivəsində nikah və boşanma qaydaları dəyişdiriləcək.
 
Maide.Az "Dünya Bülteni"nə istinadən xəbər verir ki, bundan sonra evlənmək istəyən şəxslər ailə həyatının mahiyyəti haqqında məcburi təhsilə cəlb ediləcəklər.
 
Bundan başqa, nikah müraciəti üçün gözləmə müddəti artırılacaq. Hazırda bu müddət 1 aydır. Bu vaxtın nikah kimi vacib bir addımın atılması üçün kifayət qədər olmadığı bildirilir.
 
Boşanmalar zamanı isə cütlüyə barışma üçün verilən vaxt 6 aydan 1 ilə artırılacaq. Həmçinin, boşanmaq istəyən tərəf üçün digər tərəfə məcburi mülkiyyət ödəmə şərti gətiriləcək.
 
Bu layihə başqa ölkələrdə tətbiq edilən ən yaxşı təcrübələr nəzərə alınaraq hazırlanacaq.
 

Google+ WhatsApp ok.ru