Özbəkistanda Quran almaq üçün izdiham yarandı

Özbəkistanda Quran almaq üçün izdiham yarandı

-- ilk Özbək çapı olan Quranı almaq üçün

Öbəkistanın paytaxtı Daşkənddə vətəndaşlar Quran almaq üçün kitab mağazasının qarşısında izdiham yaradıb.
 
Maide.Az "İQNA"-a istinadən bildirir ki, izdihamın səbəbi Özbəkistanda ilk dəfə çapdan çıxan Qurani-Kərim nüsxəsini almaq həvəsi olub.
 
Bu barədə Özbəkistanın “azadlıq” radiosu məlumat yayaraq deyib ki, keçən həftənin şənbə günü, 31 Mart 2018-ci il, öbzəklər kitab mağazasının qarşısında bu ölkədə ilk dəfə çapdan çıxan Qurani-Kərim nüsxəsini almaq üçün izdiham yaradıb.
 
Bu Quran nüsxəsi Öbəzkistan müstəqil respublika olandan bəri ilk Özbək çapıdır.
 
Xəbərdə deyilir ki, ilk Özbək çapı olan Quran nüsxəsindən yarım saatda ərzində 250 ədəd satılıb. Satılan hər cild Quranın qiyməti 3.75 dollar olub.
 
Bu Quran nüsxəsi Misrin “Darus-Salam” çap və nəşr müəssisəsinin rəsmi icazəsi ilə və Öbzəkistanın “Hilul” nəşriyyatı tərəfindən çap edilib. 

Google+ WhatsApp ok.ru