Özbəkistandan tarixi qərar - Nüvə stansiyası tikiləcək

Özbəkistandan tarixi qərar - Nüvə stansiyası tikiləcək

-- 1200 meqavatt güc...

Özbəkistan hökuməti Rusiya Dövlət Nüvə Enerjisi Qurumunun (ROSATOM) təklifini 4 ildən sonra müsbət cavablandırıb.
 
Maide.Az “Haber7”yə istinadən xəbər verir ki, Özbəkistan prezidentinin mətbuat xidmətindən nüvə stansiyasının ROSATOM-un rəhbərliyində 2028-ci ilə qədər tikiləcəyi bildirilib.
 
Məlumata görə, stansiyanın hər bloku 1200 meqavatt gücə və dünyanın ən müasir və təhlükəsiz sistemlərdən biri olacaq.
 
Stansioyanın tikintisinə sərf ediləcək 13 milyard dollarlıq maliyyə isə Rusiya tərəfindən qarşılanacaq.
 
Qeyd edək ki, ROSATOM ilk dəfə 2014-cü ildə stansiyanın tikintisini təklif etmiş, lakin Özbəkistan tərəfi bunu qəbul etməmişdi. Yalnız ötən ilin dekabrında iki ölkə arasındakı danışıqlarda “Stansiyanın yalnız dinc məqsədlər üçün istifadə edilməsi” şərti ilə müsbət irəliləyiş əldə edilmişdi.
 

Google+ WhatsApp ok.ru