Özbəkistanda qadınlar hərbi xidmətə çağırılacaq

Özbəkistanda qadınlar hərbi xidmətə çağırılacaq

Özbəkistan Müdafiə Nazirliyi qadınların müqavilə əsasında hərbi xidmətə çağırışını elan edib.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, hərbi xidmət keçmək istəyən qadınlar tibbi təhsil barədə orta-ixtisas diplomu təqdim etməlidir.
 
Qeyd olunur ki, 18-22 yaşlı, boyu 170 santimetrdən aşağı olmayan qadınlar hərbi xidmət üçün müraciət edə bilər.
 
Bundan başqa, fiziki məşğələlər üçün idmanla məşğul olmuş qadınlara üstünlük veriləcəyi bildirilib.
 

Google+ WhatsApp ok.ru