Özbəkistan İslam Universiteti hicablı tələbələri universitetdən xaric edib 30 May 2019 11:20 Dünya Özbəkistan İslam Universiteti hicablı tələbələri universitetdən xaric edib. Maide.Az “moroccoworldnews”a istinadla xəbər verir ki, universitetdən çıxarılan tələbə Luiza Muminjonova bildirib ki, universitetin giriş qapısında qadınlar vahid geyimdə - qara ətək və ağ köynək geyinmələri yazılıb. Hicab isə taxa bilməzlər. Bu qaydaların dini inancına zidd olduğunu bildirən L.Muminjonova qeyd edib ki, özündən başqa daha 9 tələbə universitetdən çıxarılmamışdan öncə xəbərdarlıq olunmuşdu ki, ya hicabınızı açmalısınız, ya da universitetdən çıxardılacaqsınız. O deyib ki, İslam universitetinin Quran araşdırmalar fakültəsində təhsil alan tələbələr belə hicab taxtdıqlarına görə dərslərə buraxılmır və universitetdən xaric edilir. “Bu qaydaya qarşı çıxdıqdan sonra, mənə dərslərdə iştirak etmək qadağan olundu və universitetdən xaric edildim. Ailəm bununla bağlı məhkəməyə müraciət edib. Məhkəmə distansiyaları və Özbəkistan Ali Məhkəməsi Universitetin xeyrinə qərar qəbul edib. Universitetinin geyimlə bağlı qaydasını qanunsuz olmadığını təsdiqləyib”. L.Muminjonova beynəlxalq məhkəməyə müraciət edəcəyini bildirib. Teqlər : #Özbəkistan,#İslam,#Universiteti,#hicablı,#tələbələri,#universitetdən,#xaric,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ukraynada helikopter qəzaya uğrayıb - 5 ölü Çində 48 min nəfər təxliyə olundu - Leysana görə
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO