Özbəkistanda nə baş verir? - 10 gündə 151 nəfər zəhərləndi

Özbəkistanda nə baş verir? - 10 gündə 151 nəfər zəhərləndi

Özbəkistanın Andican şəhərində məktəblərdən birində 82 nəfər zəhərlənib.

Maide.az dunyabulteni.net-ə istinadən xəbər verir ki, hadisə günorta yeməyi vaxtı baş verib.

Zəhərlənənlərdən 75-i şagird, 7-si isə müəllimdir. Onlar müxtəlif xəstəxanalara yerləşdiriliblər. Hazırda vəziyyətləri normaldır.

Qeyd edək ki, bu, Özbəkistanda son 10 gündə 3-cü kütləvi zəhərlənmə hadisəsidir. 22 sentyabrda Çust bölgəsində toy mərasimində 50 nəfər, 27 sentyabrda Bekabadda məktəbdə isə 19 nəfər zəhərlənmişdi.

Google+ WhatsApp ok.ru