Özbəkistanda özəl məktəblər də hicaba qadağa planlaşdırılır

Özbəkistanda özəl məktəblər də hicaba qadağa planlaşdırılır

Özbəkistanda dövlət məktəblərində müəllimlər və tələbələr üçün hicabı qadağan edən tələb indi özəl məktəblərə də şamil edilə bilər.
 
Maide.Az "islam.ru"a istinadla xəbər verir ki, bu qayda Özbəkistan Respublikasının normativ hüquqi aktlarının layihələrinin müzakirəsi üçün portalda yerləşdirilmiş “Özbəkistan Respublikası Hökumətinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” qərar layihəsində əks olunmuşdur.
 
Nazirlər Kabinetinin Təhsil üzrə Dövlət Müfəttişliyi tərəfindən hazırlanan layihəsində qeyri-hökumət təhsil xidmətləri sahəsində fəaliyyətin lisenziyalaşdırılması və orta məktəb şagirdlərinin müasir məktəb geyimləri ilə təmin edilməsi haqqında Əsasnaməyə əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur.
 
Yeni qaydaya görə, özəl məktəblərdə hicab qadağan edilir.   Müzakirə bu ilin 8 martına qədər davam edəcək.

Google+ WhatsApp ok.ru