Zehinlə idarə edilə bilən robot qol

Zehinlə idarə edilə bilən robot qol

Artıq zehinlə idarə edilə bilən protezlər etmək mümkündür. Görünür robot qol, bu vəziyyətin ən müvəffəqiyyətli nümunəsidir.
 
Elm insanları, zehinlə idarə edilə bilən və yalnız insanın düşüncələriylə istifadə edilə bilən bir robot qol yaratdı.
 
Yeni yaradılan robot qolun göstərildiyi videoda bir adam, protez sahəsində böyük yeniliklərin qabaqcılı ola biləcək mexanizmi istifadə edərək, kompyuter ekranındakı ağ nöqtəni izləyir. Keçmişdə bu cür sistemlər vardı, ancaq işləmək üçün kəllənin içinə yerləşdirilən sensorlara ehtiyac duyurdular.
 
Yeni üsul isə, bədənin bütünlüyünə zərər vermədən yeni orqanların əlavə oluna bilməsinə icazə verir. Bu da iflic insanlar üçün yeni bir ümid işığı mənasını verir. Qol, başın xarici qisiminə yerləşdirilən mexanizmlər vasitəsilə idarə edilə bilir. Robot qolun hərəkətləri olduqca axıcı və kəsilməyə uğramır.
 
Karnegi Mellon və Minnesota Universitetlərindən araşdırmaçılar, son hədəfə istiqamətli əhəmiyyətli bir addım atdıqlarını ifadə edir. Cərrahi protezlər bu anda, beyindəki elektron dalğaları doğru formada işləyərək elektron alətlərin doğru şəkildə hərəkət edə bilməsini təmin edir. Araşdırma, Science Robotics jurnalında nümayiş olundu. /deyerler.org /
 

 

Google+ WhatsApp ok.ru