Üzeyir Cəfərov: “Rusiyanın Azərbaycanda yenidən RLS tikməsi xəbəri cəmiyyətin nəbz yoxlanışıdır”

Rusiya tərk etdiyi Qəbələ RLS-in əvəzində Azərbaycanda yeni hərbi baza tikməyə hazırlaşır. Bu xəbər Rusya KİV-ləri vasitəsi ilə yayılıb. Rusiya KİV-lərinin məlumatına görə  “Voronej” stansiyalarının yenilərinin quraşdırılması davam edir. Özü də təkcə Rusiyada yox. Planlaşdırılır ki, 2017-ci ildə Azərbaycanda Bakının nəzarətinə verilən Qəbələdəki “Daryal” RLS-in əvəzində “Voronej-DM” tipli yeni RLS-in tikintisi başlayacaq.
 
Maide.az xəbər verir ki, mövzu ilə bağlı deyerler.org-a fikirlərini bölüşərkən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, radiolokasiya stansiyasının qurulması nəzəri cəhətdən nə qədər real görünsə də, prkatik baxımdan mümkünsüzdür: “Rusiya Azərbaycan Müdafiə Nazirliyinə təklif edib ki, 2017-ci ildə Qəbələdə yenidən Rusiyanın hərbi bazası tikilsin. Bu Rusiya mənbələrinin verdiyi məlumatdır. Azərbaycan tərəfi bu məlumatı təsdiq və ya təkzib etməyib. Amma yenidən həmin ərazidə radiolokasiya stansiyasının qurulması nəzəri cəhətdən nə qədər real görünsə də, praktik baxımdan mümkünsüz hesab edirəm. Çünki, Rusiya Qəbələ RLS-indən faktiki imtina etdi. Qəbələ RLS-i vasitəsi ilə 6 min kilometr məsafəni görüb, Hind okeanından qalxan təyyarələrin növlərini, istiqamətlərini müəyyən edirdi. Bu addımı həm Voronejdə, həm də Şimali Qafqazda modul tipli RLS tikilməsi ilə izah etdi. İndi Rusiya Azərbaycanla bağlı bir çox aktivlik nümayiş etdirir. Ötən aylarda Rusiya və Azərbaycan XİN rəhbərləri Dağlıq Qarabağ mövzüsü ətrafında fikir mübadilələri apardılar. Amma Rusiya bu istiqamətdə ciddi heç bir addım atmadı. Əgər Rusiya bu məsələni həll etmək istəsəydi qısa zaman kəsiyində həll edə bilərdi. Son vaxtlarda Rusiya müdafiə naziri 2 dəfə Azərbaycan müdafiə naziri ilə görüşdü. Artıq Rusiya donanmasına məxsus olan iki hərbi gəmi Həştərxana qayıtdı. Ümumiyyətlə Rusiyanın bu cür cəhdləri çoxdur, amma Rusiya özünü səmimi aparmır.
 
Düşünürəm ki, yaxın günlərdə ölkə rəmsiləri bu məsələyə öz münasibətini bildirəcək. Amma fikrimcə bu xəbər sadəcə Azərbaycan cəmiyyətinin reaksiyasını yoxlamaq üçün ortaya atılıb. Azərbaycanın hərbi doktorinasında “Heç bir xarici ölkənin hərbi qüvvəsinin Azərbaycanda  yerləşdirilməsinə icazə verilmir” cümləsi qeyd olunub”. Yenə qeyd edim ki, bu sadəcə nəbz yoxlanışıdır”.

Google+ WhatsApp ok.ru