Zeynal Məmmədli: “Mətbuat orqanı nə siyasətçinin, nə oliqarxın cibinə baxmalı deyil”

ABŞ-da yerlәşәn «Freedom House» təşkilatının aprelin 27-də «Mətbuat Azadlığı 2016» hesabatını açıqlayıb.
 
Bu hesabatda dünyanın 199 ölkəsində və ərazisində media azadlığının səviyyəsi dəyərləndirilib. Ən azad ölkələr 0, ən qeyri-azad olanlar isə 100 bal alıb. Ölkələrə «Azad», «Qismən azad» və «Qeyri-azad» statusları verilib. Dünya əhalisinin 41% mətbuatı «Qismən azad», 46% isə «Qeyri-azad» olan ölkələrdə yaşayır. Azərbaycan 199 ölkə içində 189-cu yerdə qərarlaşıb, «Qeyri-azad» statusu alıb. Ermənistanda (139) və Rusiyada (176) da mətbuat qeyri-azaddır. Qonşu Gürcüstan isə 96-cı yeri tutub və mətbuatı «qismən azad» hesab olunub.
 
Media ekspert Zeynal Məmmədli Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, azad mətbuatın formalaşması prosesi üçün dolğun imkan cumhuriyyət dövründə oldu: “İlk olaraq onu qeyd etmək lazımdır ki, Azərbaycanda mətbuat özünəməxsus problemlərlə əhatə olunub. Bu çətinlikdə buraxılan əksər özəl qəzetlərin siyasi çətinliklərlə yanaşı maddi çətinliklər bataqlığında da əziyyət çəkirlәr. Azad mətbuatın formalaşması prosesi üçün dolğun imkan cumhuriyyət dövründə oldu. Həmin dövr çox qısa sürdüyü üçün və çoxlu problemlər yaşadığından köklü olaraq oturuşmadı. Artıq sovet dövründə olan media isə idarə olunan bir mediaya çevrildi.
 
Rəhbərlik düşünürdü, jurnalistlər də icra edirdilər. Bu gününü mediası isə daha çox siyasi tıxaclardadır. Bununla bərabər, mətbuat maddi məngənənin içindədir. Azərbaycanın media bazarı haqqında danışmaq çox əbəs bir mövzudur. Bu sahədə olan problemlər həllini tapmayana qədər mətbuat sahəsində nəaliyyətlərə nail olmaq çətin olacaq. Müstəqil media yalnız o zaman meydana gəlir ki, media bazarının müstəqil şəkildə pul qazanmaq imkanı olsun.
 
Yəni mətbuat orqanı nə siyasətçinin, nə oliqarxın cibinə baxmalı deyil. Bu proses formalaşmayana qədər təbii ki, biz bu cür hesabatlarda geriləməlirimizə təəccüblənməməliyik. Bu çox prinsipial mövzudur. Durumun düzəlməsi üçün dediklərimdən əlavə ölkənin rəhbərliyindən siyasi iradə lazımdır. Digər tərəfdən də müstəqil media institutunun yaradılmasına start verilməlidir”. deyrler.org   /

Google+ WhatsApp ok.ru