Zibildən körpü tikəcəklər

Zibildən körpü tikəcəklər

Rotterdam (Niderland) şəhər hakimiyyəti bildirib ki, emal olunmuş tullantılardan 3D printerdə çap olunmuş körpü quraşdıracaq.
 
Maide.Az "Sputnik"ə istinadla xəbər verir ki,  6.5 m uzunluğundakı körpü 2020-ci ilin sonunda Kralinqse Bos parkında peyda olacaq.
 
Onunla parkda 1975-ci ildə quraşdırılmış ağac körpünü əvəzləyəcəklər. Konstruktorlar hesab edirlər ki, yeni körpünün istismar müddəti iki dəfə çox olacaq, yəni 2100-cü ilədək. 
 
Körpünü xüsusi sensorlarla təmin edəcəklər, bu cihazlar obyektin durumu barədə məlumatları toplayaraq onları qurğunun “rəqəmsal əkizinə” ötürəcək.
 
İstismar müddəti bitəndən sonra bu körpünün materiallarını yenidən emal edərək istifadə etmək mümkün olacaq.

Google+ WhatsApp ok.ru