Zibilliyə atılan ərzaq məhsulları

Zibilliyə atılan ərzaq məhsulları

"Exo" qəzetində "Azərbaycanlılar zəruri olandan 30 faiz artıq qida məhsulları alırlar" sərlövhəli məqalə oxumaq olar.
 
Yazıda bildirilir ki, bəzən supermarketlərdən arabalarla ərzaq malları alanların şahidi olmaq mümkündür. Müəllifin müşahidələrin görə, onlar ya böyük ailə, ya da israfçıdırlar.
 
Yazıda vurğulanır ki, bir çox hallarda məhz ikinci təxmin baş verir. Alınan ərzağın bir hissəsi sonrada zibil vedrələrinə atılır.
 
Müəllif xatırladır ki, Qərbdə artıq çoxdandır yararlı qidanın atılmaması kimi sosial-iqtisadi layihə həyata keçirilir:
"Həmin qida məhsullarını istənilən insan götürə bilər, bu xeyirxahlıq yox, ekoloji təşəbbüsdür. Əsas hədəfi də həddən artıq istehlakçılıqla mübarizə, eyni zamanda resursları qorumaq və onu başqaları ilə paylaşmaqdır".
 
Ekspert Emma Abdullayeva da mövzunu belə dəyərləndirir:
"Azərbaycanda belə bir hərəkat yoxdur, dünyada isə bu hərəkat sürət götürür, daha çox insanları ətrafında toplayır. Hərəkatın da səbəbi budur ki, ərzaq ehtiyatları tükənməz deyil, planet əhalisi isə artmaqdadır, odur ki, nə qədər çox qidaya qənaət olunsa, o qədər yaxşıdır. Bunu da deyək ki, Azərbaycanda qida məhsulları o qədər də çox zibilə atılmır, çünki ölkədə yarımfabrikatlardan istifadə o qədər də geniş yayılmayıb".
 
Başqa bir ekspert Nəriman Ağayev isə deyib ki, ərzaq paylaşması ölkənin regionlarında daha güclüdür. Amma paytaxt Bakıda bu hiss edilmir:
"Biz hələ öyrənməmişik ki, qarpızı 1 kiloqram alaq. Bütöv alırıq, istifadə edə bilmədiyimizə görə sonra da yarısını zibil vedrəsinə atırıq. Son tədqiqatlarımıza istinadən deyə bilərik ki, bütün dünyada alınan qida məhsullarının 33 faizi zibil vedrələrinə atılır və bu mənada bizim ölkə də istisna deyil". /

Google+ WhatsApp ok.ru