Zika virusuna qarşı vaksin meymunlar üzərində uğurla sınaqdan keçirilib

Zika virusuna qarşı vaksin meymunlar üzərində uğurla sınaqdan keçirilib

 
ABŞ-ın Pittsburq (ABŞ) Universitetinin alimləri insanları Zika virusundan qoruyan DNT-vaksinlərini uğurla sınaqdan keçiriblər.
 
Medicalxpress.com saytına istinadla xəbər verilir ki, preparat 18 meymunun üzərində sınaqdan keçirilib. Meymunlardan 17-si infeksiyadan qoruna bilib.
 
Tədqiqatçılar insanlar üzərində də vaksinin kliniki sınaqlarına başlamağa hazır olduqlarını bildiriblər. Onlar ümid edirlər ki, vaksin insanlar üçün təhlükəsizdir və onları bu təhlükəli virusdan qorumağa kömək edəcək. Yeri gəlmişkən, meymunlar üzərində uğurlu eksperimentlər heç də o demək deyil ki, vaksin eyni şəkildə insana təsir edə bilər.
 
Vaksin verildikdən sonra orqanizmdə Zika virusuna bənzər virus hissəcikləri formalaşır. Bu da virusdan qoruya biləcək anticisimlərin inkişafına gətirib çıxarır. Müəlliflər qeyd ediblər ki, oxşar texnologiya Qərbi Nil qızdırması virusuna qarşı DNT-vaksinlərinin hazırlanmasında istifadə olunub.
 
Zika virusuna qarşı bu və ya digər vaksinin klinik istifadəsinin vaxtı hələlik açıqlanmır. (azərtac) /

Google+ WhatsApp ok.ru