Zirzəmidən 3-ü uşaq, 6 nəfərin meyiti tapıldı - ADLAR

Zirzəmidən 3-ü uşaq, 6 nəfərin meyiti tapıldı - ADLAR

-- Faktla bağlı cinayət işi başlanıb

Sumqayıt şəhərində bir ailənin 6 üzvü dəm qazından boğulub.
 
Lent.az xəbər verir ki, dünən Sumqayıt şəhəri 5-ci məhəllədə yerləşən binanın zirzəmisindəki yaşayış yerindən 6 meyit tapılıb. Onların bir ailənin üzvü olduğu və dəm qazından boğulduğu bildirilir.
 
Sumqayıt şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Sülh küçəsi, 5-ci məhəllədəki binanın zirzəmisində dəm qazından boğularaq ölənlər 1961-ci il təvəllüdlü Rafiq Hüseynov, həyat yoldaşı, 1965-ci il təvəllüdlü Yeganə Hüseynova, qızı, 1987-ci il təvəllüdlü Sara Hüseynova və nəvələri: 2009-cu il təvəllüdlü Fərid Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Abbasova və 2012-ci il təvəllüdlü Yeganə Abbasovadır.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. 
 
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.
 

Google+ WhatsApp ok.ru