Ziyad Səmədzadə ilə Eldar Mahmudovu nə birləşdirir?

Deputatın keçmiş MTN şefi ilə münasibətlərinə dair yeni faktlar

Satınalmalar üzrə Dövlət Agentliyinin ləğvinin səbəbləri barədə ötən saylarımızda məlumat vermişdik. Məlumatda deyilirdi ki, Satınalmalar üzrə Dövlət Agentliyinin ləğvi heç də büdcəyə qənaətlə bağlı deyil. Iddia olunur ki, ölkə başçısı Ilham Əliyevin bu addımı “MTN işi” ilə əlaqədardır.
 
Məlumatda bildirilir ki, Eldar Mahmudov və dəstəsi Satınalmalar üzrə Dövlət Agentliyinə də nüfuz edirmiş. Beləliklə də, tenderlərin çoxu Eldar Mahmudova və onun yaxın ətrafına aid olan şirkətlərə verilirmiş.
 
“Təzadlar” qəzeti isə yaymışdı ki, ləğv olunmuş qurumun rəhbəri Isgəndər Çədirli deputat Ziyad Səmədzadənin bacısı oğludur. Deputatın oğlu Elşad Səmədzadə bir müddət Isgəndər Çəndirliyinin müavini olub.
 
Yeni məlumatlara görə, Ziyad Səmədzadənin Eldar Mahmudovla isti münasibətləri olub. Hətta deputatın yaxın qohumu keçmiş MTN şefinin dəstəyilə “Şəhriyar” klubunun direktoru təyin edilib. Eldar Mahmudov həmçinin Ziyad Səmədzadənin kürəkənini Iqtisad Universitetinə prorektor vəzifəsinə təyin etdirib. Iddia olunur ki, bütün bunlar “MTN işi”nin istintaqı zamanı üzə çıxıb. Bildirilir ki, Ziyad Səmədzadə ilə Eldar Mahmudovun münasibətləri ciddi şəkildə araşdırılır. Ehtimal olunur ki, Eldar Mahmudov və dəstəsinin Satınalmalar üzrə Dövlət Agentliyinə nüfuz etməsində deputatın da rolu var.

Google+ WhatsApp ok.ru