Ziyarətə gedərkən həlak olanların adları məlum oldu

Biləsuvar rayonunda baş verən dəhşətli qəzada ölənlərin adları məlum olub.

APA-nın xəbərinə görə, qəza nəticəsində dünyasını dəyişənlər Neftçala rayon sakinləri - 1959-cu il təvəllüdlü Elşad Qəzənfər oğlu Məmmədov, 1961-ci il təvəllüdlü Afət Həsənağa oğlu Məhərrəmov və 1952-ci il təvəllüdlü Təbib Məhəmməd oğlu Məhərrəmovdur.

Qeyd edək ki, bu gün səhər Ələt-Astara magistral yolunun Biləsuvar rayonu, Mahmudçalı adlanan ərazidə ağır yol nəqliyyat hadisəsi baş verib.  Azərbaycandan İran İslam respublikasının Məşəd şəhərində gedən zəvvar avtobusu olub.

Fövqəladə Hallar Nazirliyinin qəza ilə bağlı yaydığı açıqlamada isə bildirilir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Astara yolunun 91-ci kilometrliyində  sərnişin avtobusu idarəetməni itirərək yol kənarına aşıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Məlum olub ki, avtomobildə olan 33 nəfər sərnişindən 3 nəfəri aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 10  nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alıblar. Meyitlər və xəsarət alanlar yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla  avtobusdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişlər. Əməliyyat saat 07:30-da başa çatıb. /

Google+ WhatsApp ok.ru