Üzüm yarpağı bu xəstəliklərdən qoruyur

Üzüm yarpağı bu xəstəliklərdən qoruyur

Həm meyvəsindən, həm də yarpağından istifadə edilən üzüm yarpağı dırmaşan bitkidir. Üzüm sirkə, və spirtli içki istehsalında da geniş istifadə olunur. Həmçinin tibdə də istifadə edilir və vitamin və minerallarla zəngindir. 
 
Bundan əlavə üzüm yarpağının da faydaları çoxdur.
 
Yeməklərdə tez-tez istifadə edilən yarpağın tərkibində mövcud olan A vitamini ilə göz sağlamlığınızı qoruya bilərsiniz. Həmçinin dəmir ilə zəngin olan yarpaq qansızlığın qarşısını alar.
 
Hansı xəstəliklərin qarşısını alır?
 
İmmunitet.az xəbər verir ki, ilk olaraq ağla qansızlıq xəstəliyi kimi bilinən anemiya gəlməlidir. Çünki tərkibindəki dəmir qırmızı qan hüceyrələrində hemoqlabinin yaranasında mühüm rola sahibdir.
 
Göz xəstəliklərinə də müsbət təsir göstərir. Gözləri proteinlə təmin edir. İmmunitet sistemini qoruyur, tez qocalmağın qarşısını alır.
 
Bağırsaq sistemindəki problemlərə kömək edir. Eyni zamanda baş ağrısının sakitləşməsini təmin edir. Bunun üçün bir neçə üzüm yarpağını suda 15 dəqiqə qədər qaynadıb suyunu içə bilərsiniz. 
 
Bundan əlavə olaraq mədədə yarana biləcək iltihabın qarşısını alır. Ancaq çox istifadə də məsləhət görülmür.
 
Ağız yaralarını yaxşılaşdırır. Həmçinin diş əti problemlərinin müalicəsində olduqca təsirlidir. Diş çürüməsinə səbəb olan bakteriyaların böyüməyinin qarşısını alır. Bu təsirlərdən faydalanmaq üçün bir neçə parça üzüm yarpağını suda qaynatdıqdan sonra soyumasını gözləyin və bu su ilə ağzınızı çalxalayın.
 
Həmz prosesini sürətləndirərərk tez arıqlamağınıza yardım edəcək. Bunun üçün 1 litr suya 50 qram üzüm yarpağını atın və qazda qaynadın. 
 
Qaynamağa başlayan zaman qazdan götürün və 15 dəqiqə kimi gözlədin. Daha sonra süzün və yeməklərdən sonra 1 fincan için.
 
Nəzərinizə çatdıraq ki, həddindən çox istifadə edildiyi zaman isə yüksək təzyiq və böyrək xəstələri üçün zərərli ola bilər.
 

Google+ WhatsApp ok.ru