Zoom 40 dəqiqəlik limiti aradan qaldırır

Zoom 40 dəqiqəlik limiti aradan qaldırır

 
Karantin dövründə ən çox qazanan platformalardan olan Zoom yeni il ərəfəsində pulsuz hesablardakı 40 dəqiqəlik məhdudiyyəti də aradan qaldırır. 
 
Unikal.org xəbər verir ki, platforma ilə bağlı atılan yeni addımın əsas hədəfi epidemiyaya görə, bir-biri ilə görüşə bilməyənlərin yeni ildə qovuşmasıdır.
 
Zoom-un sözügedən yeniliyi müvəqqəti xarakter daşıyacaq. İstifadəçilərin məhdudiyyətsiz görüşdən faydalana biləcəyi tarix və saat aralıqları ölkələrə uyğun olaraq Zoom-un rəsmi veb-saytında elan olunacaq.

Google+ WhatsApp ok.ru