'Zoom' tətbiqetməsində təhlükəsizlik qalmaqalı

'Zoom' tətbiqetməsində təhlükəsizlik qalmaqalı

Pandemiya səbəbindən məsafəli təhsil və iş üçün bir müddətdir geniş istifadə olunan videokonfrans tətbiqetməsi “Zoom” indi də məlumat qalmaqalı ilə gündəmə gəlib.

 
Maide.Az "Qafqazinfo”a istinadən xəbər verir ki, bir çox şirkətlər artıq “Zoom” tətbiqetməsinin işgüzar görüşlər üçün istifadəsini dayandırmaq qərarına gəlib. Belə ki, bu yaxınlarda 530 mindən çox “Zoom” istifadəçisinin məlumatlarının hakerlər tərəfindən ələ keçirilib satışa çıxarıldığı məlum olub.
 
Bunlardan 290 min hesabın Kolorado, Lafayette, Florida Universitetləri və digər çoxsaylı təhsil müəssisələri ilə əlaqəli olduğu bildirilib. Həmçinin Chase, Citibank kimi bir çox məhşur ABŞ şirkətlərinə əlaqəli hesablar da haker hücumlarının qurbanları arasındadır.
 
Müxtəlif saytlarda məlumat pozuntularının qarşısını almaq üçün mütəxəssislər hesabın açıldığı hər sayt üçün fərqli şifrələrdən istifadə etməyi məsləhət görürlər.