Zığ sakinləri təhlükə içində yaşadıqlarını deyirlər

Zığ sakinləri təhlükə içində yaşadıqlarını deyirlər

Bu gün, noyabrın 19-da Bakının Zığ qəsəbəsinin bir qrup sakini Nazirlər Kabinetinin önünə toplaşıblar.
 
Onlar deyiblər ki, evləri sürüşmə ərazisində yerləşdiyindən təhlükəli vəziyyətə düşüblər. Ümumilikdə 40 yaxın ailənin sürüşmə zonasında, təhlükə içində yaşadığı qeyd edilib.
 
Şikayətçilərin sözlərinə görə, bununla bağlı dəfələrlə Suraxanı rayon İcra Hakimiyyətinə şikayət etsələr də, problemləri həllini tapmayıb.
 
Onlar, demələrinə görə, başqa münasib bir əraziyə köçmək istəyirlər, amma bu istəkləri reallaşdırılmır.
 
«Sovetski» sakinləri verilən kompensasiyanın az olduğunu deyirlər
 
Şikayətçilərin vurğulamasına görə, onlara bildirilib ki, Suraxanı rayonunda «Dədə Qorqud» adlı yaşayış massivi var, orada yer ayırıb, gedib özlərinə yeni evlər tikə bilərlər. Onların iddiasına görə, ayrılan həmin yerdən su çıxır, kanalizasiya xətti də yoxdur.
 
Şikayətçilərin habelə bildirməsinə görə, bundan öncə Zığ qəsəbəsindən 59 ailəni köçürüblər və onlara «Dədə Qorqud» ərazisində torpaq verilib. «Kompensasiya ayrılıb, amma camaat verilən pulla ev tikə bilməyib, çoxunun evi yarımçıqdır», - şikayətçilərdən bir də qeyd edib.
 
Zığ qəsəbəsindən gələn şikayətçilərin bu dediklərinə, hələlik, Nazirlər Kabineti və Suraxanı rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb. /azadliq.org
 

Google+ WhatsApp ok.ru