Zəlzələ nəticəsində Ağdamda 130 evə ziyan dəyib 16 Noyabr 2017 02:00 Hadisə -- Yeraltı təkanlar Bərdə, Ağdam, Şəmkir, Göygöl, Zərdab rayonlarında hiss olunub. Ağdam rayonunda baş verən zəlzələ nəticəsində 130 evə ziyan dəyib. Maide.Az bildirir ki, bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib. İcra başçısı bildirib ki, kəndlərdə evlərə dəymiş ziyanla bağlı araşdırmalar davam edir: "Hələlik ilkin məlumata görə, 130 ev, 1 məktəb binasında çatlar əmələ gəlib. Çəmənli kəndində 36, Əfətti kəndində 3, Zənguşalıda 1, Xındırıstanda 10, Quzanlıda 5, Üçoğlanda 4, Şərvənddə 5, 1-ci Dördyol qəsəbəsində 44 , Təzəkənd qəsəbəsində 1, Yeni Quzanlı qəsəbəsində 10, Baharlı qəsəbəsində 10, Təzəkənd kəndində 3 ev, 1 orta məktəbdə çatlar əmələ gəlib". Qeyd edək ki, ötən axşam Azərbaycanın Qərb və Şimal-qərb zonalarında güclü zəlzələ baş verib. Yeraltı təkanlar saat 23:45-də Mingəçevir, Bərdə, Ağdam, Şəmkir, Göygöl, Zərdab rayonlarında hiss olunub. Bəzi rayonlarda elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Zəlzələnin gücü 5,7 bal olub. Teqlər : #Zəlzələ nəticəsində Ağdamda 130 evə ziyan dəyib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sumqayıtda sərnişin avtobusuna `kənardan daş atılaraq şüşələri` sındırılıb Seysmoloji Xidmət Mərkəzi: Ağdamdakı 6 ballıq zəlzələnin avtoşokları hələ davam edir