Zəncanda 100 minlərlə İmam Hüseyn (ə) aşiqinin toplantısı keçrilir - FOTO/VİDEO - YENİLƏNİB

Zəncanda 100 minlərlə İmam Hüseyn (ə) aşiqinin toplantısı keçrilir - FOTO/VİDEO - YENİLƏNİB

(ilk xəbər bu gün saat  13:25 -də dərc olunub) 
 
Hər il məhərrəm ayının 8-ci günü Tasua axşamı dünyanın müxtəlif yerlərində İmam Hüseyn (ə) aşiqləri İranın Zəncan şəhərinə axışır.
 
Maide.Az xəbər verir ki, “Youmul-Abbas” (Abbas günü) kimi məşhur olan Məhərrəm ayının 8-ci günü mərasimində yüz minlərlə insan Zəncanın Əzəm Hüseyniyyəsi (ə) qarşısında toplaşır və əzadarlıq məclisi keçirir. 
 
Əzadarlıqda xarici ölkə vətəndaşları da geniş iştirak edir. Bu gün də günortadan sonra bu əzəmətli mərasim təşkil olunacaq.
 
Dünyanın müxtəlif ölkələrindən 100-dən çox jurnalist bu əzəmətli əzadarlığı işıqlandırmaq üçün Zəncana səfər edib. 3500 nəfər mərasim zamanı əzadarlara xidmət göstərəcək. 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru