Zərif: İran heç bir təhdiddən təsirlənmir

Zərif: İran heç bir təhdiddən təsirlənmir

"İran heç bir təhdiddən təsirlənmir, biz heç vaxt bir müharibənin başlayanı olmayacağıq, lakin müdafiəmiz üçün bütün müdafiə vasitələrimizə arxalana bilərik".
 
Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Trampın “İran odla oynayır” mesajının cavabında deyib. 
 
Maide.Az "Mehr" agentliyinə istinadən xəbər verir ki, M.C.Zərif deyib ki, biz öz təhlükəsizliyimizi xalqdan alırıq. Biz heç vaxt bir muharibənin başlayanı olmayacağıq. “Biz silahlarımızdan yalnız müdafiə zamanı istifadə edərik. Baxaq görək (bizim raket sınağımızdan) bu şikayətlənənlərdən hansı bu sözü deyə bilər?!”
 
Xatırladaq ki, Donald Tramp bundan öncə öz Tviter səhifəsində İrana bəzi təhdidlər yağdırmış və İranın odla oynadığını bildirmişdi. O bildirmişdi ki, “İran odla oynayır, onlar Obamanın mehriban rəftarının qədrini bilməyib. Mən onun kimi deyiləm”. / 

Google+ WhatsApp ok.ru