«Kağız üzərində standartlar...»

«Kağız üzərində standartlar...»

-- Azərbaycanın məktəb bufetlərinin və yeməkxanalarının dəhşətləri

«Exo» qəzetində «Azərbaycanın məktəb bufetlərinin və yeməkxanalarının dəhşətləri» sərlövhəli yazı diqqət cəlb edir.
 
Yazıda məktəb bufetlərində verilən qidaların keyfiyyəti ekspertlər və pedaqoqlarla müzakirə edilir.
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, Standartlaşdırma üzrə Dövlət Komitəsi hələ bir neçə il bundan öncə məktəb bufetlərində qidalandırma standartlarını hazırlayıb, amma indiyə kimi kağız üzərindədir:
 
«Azad İstehlakçılar Birliyi bu yaxınlarda təkcə Bakı yox, eləcə də Azərbaycanın rayon məktəblərində monitorinq keçirib. Monitorinq göstərib ki, məktəb bufetlərindəki qidaların 80 faizi standartlara cavab vermir. Birlik bu məsələni dəfələrlə qaldırıb. Lap bu günlərdə məsələ qaldırmışam ki, bu problemi inkar etmək yox, həll etmək lazımdır».
 
E.Hüseynov xüsusilə məktəb bufetlərində bəzi qazlı içkilərin və kolbasa məmulatlarının üzərində dayanıb:
 
«Belə qidalar üzündən uşaqlarda piylənmə baş verir, zəruri vitaminləri qəbul edə bilməmələri sağlamlıqlarına təsir göstərir . Qeyd edim ki, dərslərarası fasilələrin qısa olması üzündən məktəblilərin 70 faizi bufetə düşüb yemək ala bilmir və ac qalmalı olurlar. Dəfələrlə təklif etdik ki, ya məktəb dəhlizlərində meyvə dolu avtomatlar qoyulsun, ya da fasilələr uzadılsın, amma hələ ki, heç bir təklif qəbul edilməyib».
 
Müstəqil Müəllimlər Birliyinin rəhbəri Məlahət Mürşüdlü də deyib ki, məktəblilərin rasionunun meyvə ilə zənginləşdirilməsinə çoxdan zərurət yaranıb.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru