Çaylarda suyun səviyyəsi dəyişdi - Son göstəricilər

Çaylarda suyun səviyyəsi dəyişdi - Son göstəricilər

-- Kür çayında suyun səviyyəsində əsasən azalma müşahidə olunub

Son günlər rayonlarda yağmurlu hava şəraitindən sonra çaylarda suyun səviyyəsi dəyişib. Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-150, Kiçik Qafqazın çaylarında 100-140, Lənkəran-Astara bölgəsi çaylarında 100-180, Naxçıvan MR çaylarında isə 155 faizini təşkil edir.
 
Tranzit çaylarda son vəziyyətə gəlincə, dekabrın 01-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 163 m3/s olmaqla ongünlük normanın 104 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 190 m3/s olmaqla ongünlük normanın 121 faizini təşkil edib.
 
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 39,5 m3/s olmaqla, ongünlük normanın 51 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 70 m3/s təşkil edərək ongünlük normanın 91 faizinə bərabər olub.
 
Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, dekabrın 01-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 2, Salyanda 5, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Bankədə isə 1 sm artım qeydə alınıb.
 
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 359 m (2016-cı il dekabrın 01-də 468 sm), Şirvanda 231 sm, Salyanda 184 sm (2016-cı il dekabrın 01-də 351 sm), Bankədə 196 sm (2016-cı il dekabrın 01-də 253 sm), Araz çayının Novruzlu məntəqəsində isə 85 sm (2016-cı il dekabrın 01-də 190 sm) təşkil edir.
 

 

Google+ WhatsApp ok.ru