`Çelsi`nin 13 oyunluq seriyasına son qoyuldu - VİDEO

`Çelsi`nin 13 oyunluq seriyasına son qoyuldu - VİDEO

İngiltərə Premyer Liqasında 2-ci dövrəyə start verilib. XX turun ilk oyun günündə 6 qarşılaşma baş tutub.
 
İlk “altılıq”da qərarlaşan iddialılardan “Liverpul” səfərdə qüvvəsini sınayıb. “Sanderlend”in qonağı olan “Liverpul” önəmli 2 xal itirib.
 
Bu isə “Mançester Siti”nin işinə yarayıb. "Şəhərlilər" “Bernli”yə qalib gələrək, "qırmızılar"a yaxınlaşıblar. Digər Mançester təmsilçisi “Mançester Yunayted” isə “Vest Hem”lə matçdan 3 xalla ayrılıb.
 
“Bornmut”la səfərdə görüşən “Arsenal” hesabda 0:3 geriyə düşməsinə baxmayaraq, son 20 dəqiqədə verduğu 3 qolla bərabərliyə nail olub.
 
Tura mərkəzi qarşılaşma ilə yekun vurulub. Son turlar kifayət qədər inamlı təsir bağışlayan London klubları üz-üzə gəliblər. Ardıcıl 13 qələbə qazanan “Çelsi” 4 matçdı xal itirməyən “Tottenhem”in qonağı olub. Görüş "zadəganlar"ın seriyasının sona çatması ilə yekunlaşıb. Delle Alli "Tottenhem"ə qələbə qazandırıb. (apa) /

Google+ WhatsApp ok.ru