Çempionlar Liqasında digər finalçı müəyyənləşib - VİDEO 11 May 2017 01:00 İdman Həlledici görüş Yuventusla Real Madrid arasında olacaq Futbol üzrə Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib. "Report"un məlumatına görə, bu, İspaniyanın "Real Madrid" klubudur. "Kral klubu" Madridin digər təmsilçisi "Atletiko"nu mübarizədən kənarlaşdırıb. Zinəddin Zidanın baş məşqçi olduğu komanda "Santyaqo Bernabeu"da 3:0 hesabı ilə yendiyi rəqibinə "Visente Kalderon"da minimal fərqlə uduzub - 1:2. İki oyunun cəmində daha üstün top fərqinə (4:2) malik olan "Real Madrid" ardıcıl ikinci mövsüm finala yüksəlib. Həlledici qarşılaşmada "kral klubu" İtaliya "Yuventus"u ilə qarşılaşacaq. Görüş iyunun 3-də Uelsin paytaxtı Kardiff şəhərindəki "Millenium" stadionunda olacaq. / Çempionlar Liqası Yarımfinal, cavab oyunu 10 may 22:45. "Atletiko" (İspaniya) - "Real Madrid" (İspaniya) - 2:1 Qollar: Saul, 12. Antuan Qrizman, 16-penalti ilə - İsko, 42 Baş hakim: Cüneyt Çakır (Türkiyə) Madrid. "Visente Kalderon" stadionu İlk oyun - 0:3. Атлетико - Реал Мадрид 2:1. Обзор матча. Лига Чемпионов 2016/17. 1/2 финала. Ответный матч. от GOALTIME - ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube. Teqlər : #Çempionlar Liqasında digər finalçı müəyyənləşib VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Futbol üzrə Çempionlar Liqasının digər finalçısı müəyyənləşəcək Bu gün futbol üzrə Avropa Liqasında finalçılar müəyyənləşəcək