Çempionlar Liqasında II turun son oyunları keçiriləcək

Çempionlar Liqasında II turun son oyunları keçiriləcək

Mərkəzi görüşü türkiyəli referi Cüneyt Çakır idarə edəcək

Futbol üzrə Çempionlar Liqasında II tura bu gün keçiriləcək daha 8 oyunla yekun vurulacaq.
 
Günün ilk matçı Bakıda "Qarabağ"la İtaliya "Roma"sı arasında olacaq.
 
Qalan 7 qarşılaşma isə eyni saatda başlanacaq. Mərkəzi görüş elə C qrupunda İspaniya "Atletiko"su ilə İngiltərənin "Çelsi" klubları arasında baş tutacaq. 2018-2019 mövsümündə Çempionlar Liqasının final matçının keçiriləcəyi "Metropolitano" stadionundakı qarşılaşmaya türkiyəli referi Cüneyt Çakır təyinat alıb. İlk turda "Çelsi" "Qarabağ"ı Londonda böyük hesabla yenib - 6:0. "Atletiko" isə İtaliyada "Roma" ilə qolsuz heç-heçə edib.
 
Daha bir diqqətçəkən matç Fransanın paytaxtı Parisdə PSJ ilə Almaniya "Bavariya"sı arasında olacaq. İlk turdan sonra B qrupundakı hər iki komandanın hesabında 3 xal var.
 
Açılış oyunlarını qələbə ilə başa vuran A qrupundakı Rusiya MOİK-i ilə İngiltərə "Mançester Yunayted"i də bu gün üz-üzə gələcək.
 
Nəhayət, D qrupunda ilk turdan qalib ayrılan Portuqaliya "Sportinq"i ilə İspaniya "Barselona"sı qarşılaşacaq.
 
Çempionlar Liqası, II tur
27 sentyabr
A qrupu
22:45. "Bazel" (İsveçrə) - "Benfika" (Portuqaliya)
22:45. MOİK (Rusiya) - "Mançester Yunayted" (İngiltərə)
Xal durumu: "Mançester Yunayted" - 3, MOİK - 3, "Bazel" - 0, "Benfika" - 0.
 
B qrupu
22:45. PSJ (Fransa) - "Bavariya" (Almaniya)
22:45. "Anderlext" (Belçika) - "Seltik" (Şotlandiya)
Xal durumu: "Bavariya" - 3, PSJ - 3, "Seltik" - 0, "Anderlext" - 0.
 
C qrupu
22:45. "Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə)
20:00. "Qarabağ" (Azərbaycan) - "Roma" (İtaliya)
Xal durumu: "Çelsi" - 3, "Roma" - 1, "Atletiko" - 1, "Qarabağ" - 0.
 
D qrupu
22:45. "Sportinq" (Portuqaliya) - "Barselona" (İspaniya)
22:45. "Yuventus" (İtaliya) - "Olimpiakos" (Yunanıstan)
Xal durumu: "Barselona" - 3, "Sportinq" - 3, "Yuventus" - 0, "Olimpiakos" - 0.
 
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.(report) /

Google+ WhatsApp ok.ru