Çempionlar Liqasının qrup mərhələsində I turun ən yaxşı oyunçusu müəyyənləşib

Çempionlar Liqasının qrup mərhələsində I turun ən yaxşı oyunçusu müəyyənləşib

İngiltərənin “Liverpul” komandasının hücumçusu Məhəmməd Salah bu ada layiq görülüb

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində I turun ən yaxşı oyunçusu müəyyənləşib. 
 
İngiltərənin “Liverpul” komandasının hücumçusu Məhəmməd Salah bu ada layiq görülüb.
 
25 yaşlı misirli futbolçu həftənin ən yaxşı oyunçusu nominasiyasında Lionel Messi (“Barselona”), Neymar (PSJ), Kriştianu Ronaldu (“Real”), Harri Keyn (“Tottenhem”), Tayson (“Şaxtyor”), Romelu Lukaku (“Mançester Yunayted”) və Hames Rodrigesi (“Bavariya”) qabaqlayıb.
 
Qeyd edək ki, M.Salah “Liverpul”un İspaniya təmsilçisi “Sevilya” ilə 2:2 hesabı ilə heç-heçə etdiyi görüşdə bir qol vurub. (report) /

Google+ WhatsApp ok.ru