Çempionlar Liqasının qrup mərhələsinin püşkü, ən yaxşı mövqe oyunçular və Avropanın ən yaxşı futbolçusu müəyyənləşib - FOTO

Çempionlar Liqasının qrup mərhələsinin püşkü, ən yaxşı mövqe oyunçular və Avropanın ən yaxşı futbolçusu müəyyənləşib - FOTO

Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib. 
 
Monakoda təşkil olunmuş təntənəli tədbirdə Azərbaycan tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirində təmsil olunan "Qarabağ"ın da rəqibləri müəyyənləşib.
 
Ağdam komandası C qrupunda "Çelsi" (İngiltərə), "Atletiko" (İspaniya) və "Roma" (İtaliya) klublarına rəqib olub.
 
Püşkü İtaliya "Roma"sının əfsanəvi kapitanı Françesko Totti və Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko çəkib.
 
UEFA-nın Yarışlar üzrə Departamentinin rəhbəri Corco Marketti çıxışında "Qarabağ"ın ilk dəfə Çempionlar Liqasında qrup mərhələsinə yüksəldiyini vurğulayıb. 
 
İlk turun oyunları sentyabrın 12-13-də keçiriləcək. Sonrakı turlar sentyabrın 26-27-də, oktyabrın 17-18-də, 31 oktyabr - 1 noyabrda, noyabrın 21-22-də və dekabrın 5-6-da keçiriləcək. 
 
Qrupların tərkibi:
A qrupu: "Benfika" (Portuqaliya), "Mançester Yunayted" (İngiltərə), "Bazel" (İsveçrə), MOİK (Rusiya)
B qrupu: "Bavariya" (Almaniya), PSJ (Fransa), "Anderlext" (Belçika), "Seltik" (Şotlandiya)
C qrupu: "Çelsi" (İngiltərə), "Atletiko" (İspaniya), "Roma" (İtaliya), "Qarabağ" (AZƏRBAYCAN)
D qrupu: "Yuventus" (İtaliya), "Barselona" (İspaniya), "Olimpiakos" (Yunanıstan), "Sportinq" (Portuqaliya)
E qrupu: "Spartak" (Rusiya), "Sevilya" (İspaniya), "Liverpul" (İngiltərə), "Maribor" (Sloveniya)
F qrupu: "Şaxtyor" (Ukrayna), "Mançester Siti" (İngiltərə), "Napoli" (İtaliya), "Feyenoord" (Hollandiya)
G qrupu: "Monako" (Fransa), "Portu" (Portuqaliya), "Beşiktaş" (Türkiyə), "Leyptsiq" (Almaniya)
H qrupu: "Real Madrid" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Tottenhem" (İngiltərə), APOEL (Kipr)
 
Futbol üzrə 2016/2017 mövsümündə Çempionlar Liqasında (ÇL) çıxış etmiş ən yaxşı qapıçı, müdafiəçi, yarımmüdafiəçi və hücumçu nominasiyaları üzrə qaliblərin adlarını açıqlanıb.
Müvafiq olaraq, Canluici Buffon (“Yuventus”), Serxio Ramos, Luka Modriç, Kriştianu Ronaldu (hamısı “Real Madrid”) ən yaxşı elan ediliblər.
Qeyd edək ki, qaliblərin adları Monakoda keçirilən ÇL-in qrup mərhələsinin püşkatma mərasimi zamanı açıqlanıb. Ən yaxşı seçilənlərə UEFA-ın xüsusi mükafatları təqdim olunub.
 
Monakoda keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı 2016/2017-ci illər mövsümündə Avropanın ən yaxşı futbolçusunun adı açıqlanıb.
Qalib olmaq uğrunda 3 oyunçu - “Yuventus”un italiyalı qapıçısı Canluici Buffon, “Barselona”nın argentinalı kapitanı Lionel Messi və “Real Madrid”in portuqaliyalı hücumçu Kriştianu Ronaldu mübarizə aparıb.
Səsvermənin yekununa əsasən, K.Ronaldo qalib elan olunub.
2015/2016-cı illər mövsümündə də Avropanın ən yaxşı futbolçusu Kriştianu Ronaldu seçilib. (report) /
 
 
  
 
 
 
 

Google+ WhatsApp ok.ru