Çempionlar Liqasının yarımfinal cütlükləri müəyyənləşib

Çempionlar Liqasının yarımfinal cütlükləri müəyyənləşib

İlk oyunlar 2-3 mayda, cavab görüşləri isə 9-10 mayda olacaq
 
İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.
 
"Report"un məlumatına görə, püşk nəticəsində İspaniyanın "Real Madrid" və "Atletiko" klubları bir-birinə rəqib olub. Fransa "Monako"su isə İtaliya "Yuventus"u ilə üz-üzə
gələcək. 
 
İlk oyunlar 2-3 mayda adları birinci göstərilən komandaların meydanında, cavab görüşləri isə 9-10 mayda olacaq. /

Google+ WhatsApp ok.ru