Çin ABŞ-dan 128 idxal növünə tarif qoyur

Çin ABŞ-dan 128 idxal növünə tarif qoyur

-- Dəyəri 3 milyard dollar olan bu addım ABŞ-ın...

Çin Birləşmiş Ştatlardan 128 idxal növünə yeni tariflər qoyub. Dəyəri 3 milyard dollar olan bu addım ABŞ-ın polad və alüminium idxalına yeni tariflərinə cavab olaraq atılıb.
 
Çinin Xarici İşlər Nazirliyi aprelin 2-də bildirib ki, yeni tariflər qoyulan məhsullara dondurulmuş donuz əti, bəzi meyvələr və şərab daxildir, dərhal da qüvvəyə minir.
 
Donuz əti daxil olmaqla, səkkiz məhsula tarif 25%, 120 məhsula isə 15% qaldırılır.
 
Pekin hələ martın 23-də bildirmişdi ki, yeni tariflər nəzərdən keçirilir. Bu, qlobal ticarət müharibəsi sarıdan narahatlıq yaratmışdı.
 
ABŞ prezidenti Donald Trump martın 22-də yeni alüminium və polad tarifləri elan edib. Bu addım onun müttəfiqlərini qəzəbləndirib.
 
Trump daha sonra Avropa Birliyi, Argentina, Avstraliya, Braziliya, Kanada, Meksika və Cənubi Koreya üçün tarifləri ertələyib.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru