Çin benzin və dizellə çalışan avtomobilləri qadağan etməyi planlaşdırır

Çin benzin və dizellə çalışan avtomobilləri qadağan etməyi planlaşdırır

Dünyanın ən böyük avtomobil bazarı olan Çin dizel və benzinlə çalışan maşınların istehsalını və satışını qadağan etməyi planlaşdırır.
 
Ölkənin sənaye nazirliyinin müavini bildirib ki, qadağanın nə vaxt qüvvəyə minəcəyi hələ ki, məlum deyil.
 
"Bu dəyişikliklər şübhəsiz ki, bizim avtomobil sənayemizin inkişafında dəyişikliklərə yol açacaq", Xin Guobin Çinin rəsmi xəbər agentliyinə bildirib.
 
Çin keçən il 28 milyon avtomobil istehsal edib.
 
Bundan əvvəl Britaniya və Fransa 2040-cı ilədək dizel və benzinlə çalışan avtomobillərə qadağa planlarını açıqlayıblar. Məqsəd karbon emissiyalarının azaldılmasına nail olmaqdır.
 
Çinə məxsus avtomobil istehsalçısı olan Volvo iyul ayında bildirib ki, 2019-cu ildən onun bütün yeni avtomobil modelləri elektrik mühərriklə çalışacaq.(bbc)
 

Google+ WhatsApp ok.ru