Çin Həccə gedən müsəlmanları GPS sistemi ilə izləyir 06 Avqust 2018 01:00 Dünya Çin rəhbərliyinin həccə gedən müsəlmanlara paylanılan döş nişanlarındakı GPS sistemi ilə 24 saat boyunca onları izləyəcəyi iddia olunur. Maide.Az xəbər verir ki, ABŞ-ın “Wall Street” qəzetinin yazdığı məlumata görə, Çin hökuməti tərəfindən idarə olunaun Çin İslam Dərnəyi həcc ziyarətinə gedən müsəlmanlara Pekin Hava limanında GPS sistemli şəkilli kartlar paylayır. Dərnəyin yayımladığı məlumata görə, bu kartlar istifadəçisinin güvənliyini qorumaq məqsədilə paylanılıb. Kartlarda GPS izləmə sistemi və şəxsi məlumatlar yer alıb. İnsan Haqları fəalları bu kartların Çinin təhlüksəizlik qüvələri tərəfindən müsəlmanlardan casusuluq məqsədi ilə istifadə olunduğunu bildirir. Çin insan hüquqları mütəxəssisi Eva Pils, bu kartların hacılara paylanmasını Çinin müsəlmanlara təzyiq göstərməsi üçün yeni bir vasitə kimi dəyərləndirib. Çinin müsəlman cəmiyyəti 10 qrupa bölünür: huey, uyğur, qazax, qırğız, özbək, tatar, salar, baoan, donsin və taciklər. Bu qruplardan ən çox saylısı olan hueylərə Çinin bütün hər yerində rast gəlmək olar. 1990-cı il siyahıya alınmasına görə bu qrupda olanların ümumi sayı 8 602 978 nəfərdir. Ölkənin şimal-qərbində məskunlaşan Sintzyan sülaləsi kökündən olan uyğurlar daha çox tanınır. Belə ki, müasir Çində ölkənin müsəlman əhalisini huey adlandırırlar. Kişi hueyləri xarakterik ağ papaqlardan tanımaq mümkündür. Çində hakumətin müsəlmanlara qarşı sərt repressiyalar davam edir. İslam məktəbləri və məscidləri bağlanır, hətta bəziləri dağıdılır. Teqlər : #Çin Həccə gedən müsəlmanları GPS sistemi ilə izləyir , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran və Əlcəzair “Əhməd bəy” adlı müştərək tarixi film çəkir Yaponiya Hirosima qurbanlarının xatirəsini yad edir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO