Çin rəhbəri Azərbaycana səfər edəcək 14 Sentyabr 2017 01:00 Dünya Çin Xalq Respublikasının rəhbəri Si Tszinpin yaxın zamanlarda Azərbaycana səfər edəcək. Azərbaycanın Çindəki səfirliyindən Trend-ə bildirilib ki, bunu Si Tszinpin Azərbaycanın bu ölkədəki səfiri Əkrəm Zeynallı ilə görüşü zamanı deyib. Azərbaycanlı səfir etimadnaməsini Çin rəhbərinə təqdim edib. Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə səfərini xatırladan Si Tszinpin həmin səfər zamanı iki ölkə arasında əməkdaşlığın inkişafı üzrə vacib qərarların qəbul olunduğunu bildirib. O, Azərbaycan dövlət başçısının və hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünə dəstəyini yüksək qiymətləndirib. Azərbaycanlı səfir Əkrəm Zeynallı qeyd edib ki, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünün uğurla reallaşdırılmasına öz töhfəsini verməyə hazırdır. Teqlər : #Çin rəhbəri Azərbaycana səfər edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ koalisiyası Raqqa və Deyr Əz-Zorda dinc sakinləri vurdu BMT TŞ ilk dəfə Myanmaya aid ortaq açıqlamada razılaşdı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO