Çində uyğurlara zülm davam edir

Çində uyğurlara zülm davam edir

Çin insan haqları təşkilatları Sincan bölgəsindəki uyğur   müsəlmanlarının "yenidən təhsil" adı altında gizli düşərgələrdə saxlanıldığını açıqlayıb.
 
Maide.Az xəbər verir ki, bu barədə məlumat BMT İrqi Ayrı-seçkiliyi Aradan Qaldırma Komitəsinin İsveçrənin Cenevrə şəhərində keçirdiyi konfransında verilib.
 
Qeyd edilib ki, Çində müsəlmanlar heç bir məhkəmə qərarı olmadan evlərindən çıxarılaraq gizli düşərgələrə aparılır. Belə insanların sayının 3 milyona çatdığı vurğulanıb.
 
İnsan haqları təşkilatları hazırda uyğurlara yeni doğulan körpələrə müsəlman adları qoymağa icazə verilmədiyini söyləyiblər.
 
Həmçinin, onlar oruc tutmayacaqlarına dair sənəd imzalamağa məcbur edilirlər.
 

Google+ WhatsApp ok.ru