Çiyələk yarpağının faydaları

Çiyələk yarpağının faydaları

Bahar və yay aylarında sevərək yediyimiz çiyələyin çox faydalı olduğunu bilirik. Lakin zibil yeşiyinə atdığımız yarpağı haqqında məlumatsızıq. Sən demə, çiyələk yarpağı bir çox xəstəliyə faydalıdır. Çiyələk yarpağının saymaqla bitməyən faydalarını ilə sizi də tanış edirik.

 

  • Antioksidan xüsusiyyəti olan çiyələk yarpağı qanı təmizləyir, immunitet sistemini gücləndirir.
  • Bağırsaqlara olduqca faydalıdır. Qəbizlik, bağırsaq iltihabı, bağırsaq qazları və bağırsaq qurdlarına yaxşı təsir edir. Maddələr mübadiləsini sürətləndirir.
  • Qaraciyər xəstəliklərinə qarşı qoruma təmin edir.
  • Böyrəklərin nizamlı işləməsinə kömək olur. Qum və daş tökən xəstələrə tövsiyə edilir.
  • Sidik sökdürücü xüsusiyyətiylə bədəndəki şişin atılmasında təsirlidir.
  • Qırtlaq xərçənginə qarşı qoruyucu təsiri var.
  • Ürək və damar xəstəliklər və xolesterola yaxşı təsir edir, təzyiqi nizamlayır.
  • Ağız yaralarının müalicəsində istifadə edilir.
  • Sarılığa yaxşı təsir edir.
  • Stressin müalicəsində təsirlidir, yuxuya getməyi asanlaşdırır.

 

Çiyələk yarpağı necə istifadə edilə bilər?

 

Çiyələk yarpağını yaşıl və ya quru formada istifadə edə bilərsiniz. Yaşıl halda istifadə etmək istəsəniz, isti suyla yuduqdan sonra qaynayan suya bir neçə yarpaq atıb 5 dəqiqə dəmləndikdən sonra içə bilərsiniz.

 

Quru halda istifadə etmək istəsəniz, 300 qrama qədər quru çiyələk yarpağını bir gecə suda saxlayın. Yarpaqları 5 stəkan suya atın. 15-20 dəqiqəyə qədər qaynatdıqdan sonra balla dadlandıraraq için.

 

Ağız yarası müalicəsində istifadə etmək üçün çiyələk yarpağı çayı ilə qarqara edin.

 

Qeyd: Bu alternativ tibb üsullarını tətbiq etməzdən əvvəl mütləq həkimlə məsləhətləşin. (lent.az) /

Google+ WhatsApp ok.ru