Çox yatmaq beyini zəiflədir

Çox yatmaq beyini zəiflədir

Yuxusuzluq insanın sağlamlığına ciddi ziyan vurur, ürək-damar, sinir, mübadilə, xərçəng xəstəliklərinin riskini artırır, immun sistemini zəiflədir, piylənməyə səbəb olur.
 
Lakin alimlərin fikrinə görə, çox yatmaq da sağlamlıq üçün ziyanlıdır.
 
Boston Universiteti alimlərinin son araşdırmaları göstərib ki, gecə 9 saatdan çox yatan insanlarda demensiyanın (ağıl zəifliyi) və Alsgeymer xəstəliyinin riski artmış olur.
 
Bəzi araşdırmalar göstərir ki, 9 saatdan çox yatan yaşlı insanlarda demensiyanın riski 6 dəfə (!) artır. Bu əsasən alı savadı olmayan insanlara aiddir. Savadlı, əqli fəaliyyəti ilə məşğul olan insanlarda demensiyanın riski az olur.
 
Bundan əlavə daim 9 saatdan çox yatan insanlarda intellektin və yaddaşın kəskin zəifləməsi, beyinin kiçilməsi kimi simptomlar müşahidə olunur.
 
REUTERS-ın məlumatına görə, bu xüsusilə yaşlı insanlara aiddir. Lakin cavanlar üçün də çox yatmaq faydalı sayılmır.
 
Alimlərin fikrinə görə, normal gecə yuxusu 6-8 saat olmalıdır.
 
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 7,7 mln. insan demensiya xəstəliyinə tutulur. (saglamolun.az) /

Google+ WhatsApp ok.ru