Ölkədə maye qaz qıtlığı yaranıb

Ölkədə maye qaz qıtlığı yaranıb

Bir neçə gündür ki, ölkədə mavi qaz ( propan) qıtlığı yaşanır.
 
Bu barədə “Qafqazinfo”ya həm paytaxtdan, həm də rayonlardan çoxsaylı müraciətlər daxil olub. Onlar bildirir ki, yanacaqdoldurma məntəqələrində avtomobillərinə vurdurmaq üçün qaz tapmırlar. Həmçinin məişətdə işlədilən qaz balonlarını da doldura bilmirlər.
 
“Qafqazinfo” məsələ ilə bağlı SOCAR-la əlaqə saxlayıb. SOCAR-dan bildirilib ki, problem onlarlıq deyil. Dövlət Neft Şirkəti yanacaqdoldurma məntəqələrini lazımı səviyyədə mavi qazla təmin edib.
 
Problemin səbəbini öyrənmək üçün Məişət Maye Qaz MMC ilə əlaqə saxladıq. Onlar məsələ barədə məlumatlı olduqlarını vurğuladılar.
 
Qeyd etdilər ki, hər il avqust ayında avadanlıqların istismar müddəti bitir. Ona görə də ehtiyac yarandığı halda yeniləri ilə əvəz edilir. Bu il isə işlərə iyul ayından başlanılıb. Ona görə də bir neçə gündür ki qıtlıq yaşanır. Hazırda işlər davam edir. Yaxın 3-4 gün ərzində işlər yekunlaşacaq və məsələ öz həllini tapacaq.
 

Google+ WhatsApp ok.ru